Göyçay RİH ittihamlara cavab verdi

Baxılıb:46
Göyçay RİH ittihamlara cavab verdi

Göyçay RİH – nın məsul şəxslərinin bayraqlar üçün ayrılmış ərazini satması ilə bağlı iddialara cavab gecikməyib:

Bildiririk ki, dövlət bayrağının asılması, qaldırılması və istifadə edilməsi qaydalarına əməl edilməsi rayon icra hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. Rayonumuzda şəhərin mərkəzi hissəsində dövlət bayrağı ucaldılmış, Bayraq Meydanı və Muzeyi yaradılmışdır. Bayrağımızın münasib yerlərdə və qanunun tələblərinə uyğun asılması, qaldırılıması daha məqsədəuyğun hesab edilir. Bayrağın və üzərində şüar qeyd olunmuş lövhə tikintisi avtomobil yollarının qovşağında, ərazinin görünüşü nəzərə alınmadan, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmadan və vətəndaşa məxsus ərazidə quraşdırılmış, həmin dövrdə baxımsız qalmışdır. Eyni zamanda bildiririk ki, üç rəngli bayrağımız hər bir vətəndaşın qürur mənbəyidir və sakinlərimizin bayrağımıza olan sonsuz sevgi və hörmətləri şübhəsizidir. Həmin ərazi uzun illərdir ki, xüsusi mülkiyyətdədir və 2020-ci ilin may ayından vətəndaşın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Torpaq sahəsi barədə sərəncam vermək hüququ vətəndaşa məxsus olduğundan 2024-cü ildə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən digər şəxsə satmışdır. Qeyd edirik ki, məlumatı paylaşan sosial şəbəkə istifadəçisi bu barədə rayon icra hakimiyyətinə məlumat verərək, həmin məlumatın yayılmaması əvəzində şəxsi maraqlarını təmin etmək istəmişdir.

AzTimes az


Abunəlik