Göyçay icra başçısı su aksiyası keçirən Çaxırlı sakinlərini qəbul etdi-FOTOLAR
Respublikamızın hər yerindı olduğu kimi yay fəslində Göyçay rayonunda da bəzi kəndlərdə su problemi yaranır. Belə ki, kəndlərin ərazisindən keçən su arxlarl, şirə kanallarının təmizlənməsinə baxmayaraq isti yay aylarında yağıntının yağmaması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi, əkin sahələrinin vaxtaşırı sulanması nəticəsində su qıtlığı yaranır. Bu gün yəni avqust ayında suya olan tələbat artmışdır.
AzTimes.az xəbər verir ki, 10 avqust 2021 ci il tarixində Göyçay rayon Çaxırı kəndinin bir qrup sakini məsələylə bağlı rayon icra hakimiyyətində olmuş,Göyçay rayon icra hakimiyyəti başçısının 1 ci müavini İkram Vəliyevlə görüşmüşdürlər. İcra hakimiyyəti rəsmisi sakinləri dinləmiş, mövcud vəziyyət barədə komissiya yaradılmış, rayon suvarma sistemləri idarəsinə lazımı tapşırıqlar verilmişdir.
Bəzi medi orqanları məsələni birtərəfli yaymaqla, sakinlərin icra hakimiyyəti aparatında qəbul olunmadıqlarını gündəmə gətirərək özlərinin yalan, böhtan və şərləmə, qərəzli paylaşmalarını genişləndirirlər. Jurnalist araşdırması aparmadan, hadisə baş verən yerdə olmadan, məsuliyyətsiz, faktlara və reallığa söykənməyən yazılar yazmaqla öz dırnaq arası jurnalist vəzifəsindən suistifadı edərək, izləyici toplamaq xatirinə xəbərçilik prinsiplərini yerinə yetirirlər. Belə yazı yazıb, paylaşma edənlərə sakinlərin rayon icra hakimiyyətində qəbulda olduqlarını və məsələnin nəzarətə götürüldüyünü xatırlatmaq istərdik.
Qeyd edək ki, Göyçay rayon icra hakimiyyətində sakinlərin müraciətinə diqqət və qayğı ilə yanaşılması, qanunlar çərçivəsində qaldırılan məsələlərin həll olunması hər bir vətəndaşa xidmət yüksək səviyyədə təşkil olunub.