Göyçay DYP-dan vətəndaşın döyülməsi iddiasına AÇIQLAMA

Baxılıb:705
Göyçay DYP-dan vətəndaşın döyülməsi iddiasına AÇIQLAMA

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Göyçayda Yol-Patrul Xidməti əməkdaşlarının sürücünü döyərək maşınını əlindən alması iddiası haqda açıqlama verib. 

Göyçay Rayon Dövlət Yol Polisi bölməsinin rəisi Emin Əliyevin AzTimes.az saytına açıqlamasında bildirilir ki, “Ramil Mahir oğlu Yusifov aprelin 7-də idarə etdiyi “Nissan Qashqai” markalı avtomobillə Göyçay-Ucar yolunda yol hərəkəti qaydasını pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən ondan kəskin spirt qoxusu gəldiyi üçün həkim müayinəsinə aparılıb və onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub. Barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilib, idarə etdiyi avtomobil isə mühafizə olunan dayanacağa yerləşdirilib. 

Bu proses zamanı sürücüyə qarşı polis tərəfindən hər hansı zor tətbiqi və ya təhqiredici ifadələr işlədilməyib. Sürücü özü də yol verdiyi ciddi xətasını başa düşərək polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməyib, etiraz etməyib”. 

R. Yusifov bundan əvvəl də 2 dəfə avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılıb və barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb: “Yol hərəkətinin digər iştirakçıları-sürücülər və piyadalar üçün real təhlükə mənbəyi olan belə bir sürücünü kiminsə müdafiə etməsi, onu zərərçəkmiş kimi təqdim etməsi olduqca təəssüf doğuran haldır”. 


Abunəlik