Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin rəsmi saytı fəaliyyətə başladı
https://gditk.edu.az
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin rəhbərliyi daha bir yeniliyə imza ataraq kollecin rəsmi veb səhifəsini istifadəyə verib. Veb səhifədə kollecin struktur bölmələri, tarixi, gündəlik yenilənən xəbərləri ilə yanaşı, tələbələr dərs və imtahan cədvəlləri ilə də tanış ola bilərlər. Eyni zamanda kollecimizə yeni qəbul olmaq istəyən abituriyentlər kollec haqqında ümumi məlumat və tədris olunan ixtisaslarla da tanış ola bilərlər. Veb səhifəyə daxil olmaq üçün aşağıdakı linkdən keçid edə bilərsiniz. Xeyirli olsun!
gditk.edu.az