Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib
“Məzun günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Tədbiri açıq elan etdikdən sonra Təlim -tərbiyə işləri üzrə direktor müavini Səbinə Qurbanova təbrik üçün sözü kollecin direktoru Samir Dadaşova verdi.
Çıxışında məzunları təbrik edən Samir Dadaşov , onlara gələcək fəaliyyətlərində uğur və müvəfəqiyyətlər arzuladı. O, ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışaraq ,Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin əldə etdiyi nailiyyətləri diqqətə çatdırdı.Samir Dadaşov bugün dünyada Azərbaycanın cəsarətli siyasi, ideoloji, iqtisadi və mədəni sıçrayışına hamımızın şahid olduğunu qeyd edərək ,müasir Azərbaycanın inkişafında gənclərin rolunun əvəzsiz olduğunu bildirdi. O qeyd etdi ki,bu gün məzun olan gənclər Vətənə layiqli övlad kimi xidmət göstərəcəklər. Çünki hər bir Azərbaycan gəncinin örnək götürəcəyi Heydər Əliyev kimi tarixi şəxsiyyəti, İlham Əliyev kimi qətiyyətli,qalib sərkərdəsi var.
Sonra söz Rayon Ağsaqqallar Şurasının sədri,Əməkdar müəllim Xəlil Orucova verildi.O gənclərə xoş arzularını və tövsiyyələrini bildirdi.Gəncləri birliyə və vətənpərvərliyə səsləyən şüarlar səsləndirdi.
Samir müəllim “Məzun günü”nün təşkilatçılarına minnətdarlığını bildirərək, bu təhsil bayramını gənclərlə bir yerdə keçirməyə şərait yaratdıqları üçün əməyi keçən hər kəsə təşəkkür etdi.Samir müəllim eyni zamanda öz çıxışında tədris prosesində ölkə rəhbərliyinin və nümayəndəliklərinin daimi dəstəyi üçün təşəkkür ünvanlayaraq ,təhsilə göstərilən qayğını bir daha vurğuladı.
“Məzun günü” kollecin bağında şən musiqi və rəqslərlə davam etdi.
Qeyd: GDİTK-i heyyəti olaraq bildiririk ki, “Əziz məzunlarımız ,sizlərə sevgimiz və arzularımız sonsuzdur.Hər birinizə uğurlar diləyirik”