Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində Müəllimlər Günü münasibətilə tədbir keçirildi – FOTO
Bugün Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib.
AzTimes.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan kollecin direktoru İrşad Abbasov bildirib ki, ölkəmizdə hər il olduğu kimi müəllimlərin peşə bayramı qeyd olunur.Bu əlamətdar günün dünyanın bir çox ölkələrində, eləcə də respublikamızda keçirilməsini dövlətimizin müəllimə olan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. İ.Abbasov sözlərində əlavə edib ki, hər bir müəllim anadan müəllim olaraq dünyaya gəlir. Daha sonra çıxış üçün söz kollecin müəllimi Səməd Həsənova verildi. O, Bildirdi ki, müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər.
Daha sonra tədbir digər müəllimlərin çıxışı, eləcə də tələbələrin şeirləri ilə sona çatdı.
Davud Tarverdiyev