Göyçay çayında işlər davam edir – FOTO

Baxılıb:335
Göyçay çayında işlər davam edir – FOTO

 

Göyçay rayonunda eyni adlı çayın məcrası dəyişdirilir.

AzTimes.az xəbər verir ki, qış və yaz ayalarında sel suları çay yatağında bir sıra fəsadlar törədərək çayın üzərində körpülərin dağılması, əkin sahələrinə və yaşayış  evlərinə ziyan vururdu. Artıq bir neçə aydır ki, mərhələli şəkildə çay yatağında əsaslı təmir işlərinə başlanılıb. Təmir işləri ilk mərhələdə 2100 metirlikdə aparılır.

Tikintinin iş icraçısı Ülfət Hətəmov qeyd edib ki, çayın yatağı genişləndirilib, güclü sel suları zamanı yatağın yuyulmaması üçün 7 ədəd beton maneələr qoyulub: “Artıq bir neçə aydır ki, mərhələli şəkildə çay yatağında əsaslı təmir işlərinə başlanılıb. Təmir işləri ilk mərhələdə 2100 metirlikdə aparılır. Göyçay çayının məcrasının dəyişdirilməsi ilə bağlı aparılan təmir işləri zamanı çayın üzərində standartlara uyğun olaraq alternativ körpü inşa edilib”.

Xatırladaq ki, Göyçay çayının uzunluğu 115 kilometr, hövzəsinin sahəsi 1770 kvadrat kilometrdir. Mənbəyini Böyük Qafqazın cənub yamacından 1980 metr yüksəklikdən götürən çay süni kanal vasitəsilə Kürə tökülür.

             


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir