Görünməmiş hadisə-Oğru polis bölməsindən qaçdı

0
182

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

AzTimes.az hit.az-a istinadən xəbər verir ki, rayon ərazisində çoxsaylı mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Allahyarov polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə aparılıb.

PolisBölməsinin inzibati binasında R.Allahyarov pəncərədən həyətə düşərək qaçıb.

Hazırda bölmədən qaçan şəxsin axtarışları davam etdirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here