Goranboyda maşın ağaca çırpıldı: Ölən var

Baxılıb:244
Goranboyda maşın ağaca çırpıldı: Ölən var

Goranboy rayonunun Dəliməmmədli şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “VAZ” markalı minik avtomobili ağaca çırpılıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Qeyd olunub ki, sıxılı vəziyyətdə qalan 1991-ci il təvəllüdlü Musayev Məhərrəm İkram oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Abunəlik