Goranboyda məmur qətlə yetirildi- Polkovnik-leytenant…
Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ziyad Əhmədovu qətlə yetirən baş mühasibin sabiq vəzifəli şəxsin oğlu olduğu müəyyənləşib.
AzTimes.az xəbər verir ki, direktoru iş otağında bıçaqlayaraq öldürən Mirhadi Bağırovun atası Mirtağı Bağırov Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini olub. O, hazırda təqaüddə olan polis polkovnik-leytenantıdır.
Qeyd edək ki, sözügedən qətllə bağlı cinayət işi başlanıb. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.