“Google” ilk offlayn mağaza açır
“Google” Nyu-Yorkda ilk pərakəndə mağazasını açır.
Bu barədə “The Verge” xəbər yayıb.
Mağazada şirkətin öz məhsulları, o cümlədən “Pixel” telefonları, “Nest” ağıllı ev alətləri və “Fitbit” fitness-trekerlər satılacaq. Bundan əlavə, üçüncü tərəf aksesuarları, həmçinin “Google” markalı geyimlər (papaqlar, köynəklər) də təqdim olunacaq.
“Google” digər mağazaların nə vaxt və harada açılacağını açıqlamır.
Butikdə “Pixel” telefonları üçün təmir xidmətləri və şirkətin digər məhsulları üçün aparat dəstəyi təmin ediləcək. Bundan əlavə, istifadəçilər cihazların proqram təminatı üçün mağaza ilə əlaqə qura biləcəklər.
Mağaza iyunun 17-də açılacaq.