“Google” “Gemma 3” süni intellekt modelini təqdim etdi
ABŞ-ın texnoloji korporasiyası “Google” proqram tərtibatçıları üçün süni intellekt (AI) modeli “Gemma 3″ü təqdim edib.
Bu barədə şirkət özü məlumat yayıb.
“Bu gün biz “Gemini 2.0” modellərimizdə istifadə edilən eyni tədqiqat və texnologiya əsasında qurulmuş yüngül, müasir üslublar kolleksiyası olan “Gemma 3″ü təqdim edirik”, – deyə bildirilib.
Yeni modellər birbaşa cihazlarda sürətli işləmək üçün nəzərdə tutulub.
Şirkətdən verilən məlumata görə, “Gemma 3” 140-dan çox dil üçün əvvəlcədən hazırlanmış dəstək ilə gəlir.
Xatırladaq ki, “Gemma”nın ilk versiyası 2024-cü ilin fevralında təqdim edilib.