Generalın polis qardaşı vəfat etdi
Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, son olaraq Xətai Rayon Polis İdarəsində bölmə rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Aydın Musayev vəfat edib.
O, Bakı şəhərində xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, A.Musayev DTX-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi, hazırda DSX-də çalışan general Hafiz Musayevin qardaşıdır.