General bu duruşla nəyi mesaj verir

0
197

Əfqan Nağıyevin həbs olunarkən “məğrur” duruşu ondan xəbər verir ki, bu pulları o tək yeməyib

Dövlətin sərhədlərini etibar etdiyimiz Dövlət Sərhəd Xidməti nəinki ümidlərimizi doğrultmadı, hətta bizi peşman elədi. Son vaxtlar davam edən həbslər dalğası nəhayət DSX-nin korrupsiyaya bulaşmış Sahil Mühafizəsini də vurdu.

AzTimes.az-ın verdiyi xəbərə görə, 2005-ci ildən bu yana Xəzər dənizinin canlı faunasına qənim kəsilən quldur dəstələrinə himayədarlıq edən Sahil Mühafizəsi öz peşə fəaliyyəti ilə məşğul olmaq əvəzinə ağ balıq və qara kürü ehtiyatlarımızın istismarı ilə məşğul olurdu.

Gəlin hesablayaq, 15 ildir ki, Xəzərdə brokonyerliklə məşğul olan kiçik və böyük ölçülü qayıqlardan gələn gəlir orta hesabla 1000 manatdan götürsək, hansı ki bu bir ayda 1 qayıqdan hesablanır, 180 min manat edir. İndi fikirləşək ki, Xəzərdə hər gün yüzlərlə qayıq ovla məşğul olur, ümumi məbləği siz hesablayın.

Qanunsuz balıq ovçuluğuna əlavə olaraq, narkotik və silah qaçaqçılığı, qaçaqmalçılıqdan gələn və ölkədən çıxarılan pullar, bir sözlə qara mühasibatlığa münbit zəmin yaradan Əfqan Nağıyevin həbs olunarkən “məğrur” duruşu ondan xəbər verir ki, bu pulları o tək yeməyib.

Bundan əlavə, ölkəyə qanunsuz yollarla gətirilən, gənclərimizi zəhərləyən “ağ ölüm” tək dənizdən deyil, quru sərhədlərimizdən də ölkəyə daxil olur. Bunun günahını isə Əfqan Nağıyevə ata bilmədiyimizə görə günahkarı harda axtaraq?

Aydındır ki, Əfqan Nağıyev də “süddən çıxma ağ qaşıq” deyildi, amma bu qədər işi də özbaşına və rəhbərlikdən xəbərsiz görməyi inandırıcı gəlmir. Əgər doğrudan da DSX rəhbərliyinin bütün bunlardan xəbəri yox idisə, deməli kiçik bir quruma nəzarət etməkdən acizdir.

Mədəniyyət Nazirinin müavini gözaltına alındıqdan bir neçə gün sonra, nazirin özü də vəzifədən çıxarıldı. Müavini və tabeçiliyində olan yüksək rütbəli zabitləri korrupsiyaya görə həbs olunan Dövlət Sərhəd Xidmətinin rəisi genaral-polkovnik Elçin Quliyev isə zabit şərəfini qoruyaraq tutduğu vəzifədən istefa verməlidir!

Sərhəd sizin biznes şirkətiniz və ya gəlir mənbəyiniz deyil. Dövlət Sərhədlərinin Təhlükəsizliyini at sürüb, 5 metrlik bayraqla şou göstərməklə qorumaq olmaz. /Hit.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here