GDU rektoru postunda elə-belədir… – İTTİHAM

Baxılıb:777
GDU rektoru postunda elə-belədir… – İTTİHAM

“Cənab Prezident! Sizin əvəzolunmaz, qətiyyətli Prezident olmağınız artıq bütün dünya siyasət aləminə məlumdur və bunu mart ayından etibarən xalqımızı koronavirus bəlasından qorumaq üçün gördüyünüz tədbirlər, cəbhə xəttində bir Ali Baş Komandan olaraq millətə sahib çıxaraq düşmən üzərində şübhəsiz qələbə qazanan bir sərkərdə kimi nümayiş etdirdiyiniz qətiyyət, atdığınız addımlar bir daha sübut etdi və biz bununla qürür duyuruq. Lakin, Sizin bu qədər böyük əməyinizə, xalqımız ücün gördüyünüz işlərə öz qabiliyyətsizliyi, bacarıqsızlığı ilə bəzi vəzifə sahibləri ləkə gətirir”. Bu sözlər Qafqaz.tv-yə göndərilən müraciətdəndir.

Daha sonra müraciət müəllifi yazır: “Belə kadrlardan biri də Gəncə Dövlət Universitetinə rektor təyin olunmuş Yusif Yusibovdur. Prezidentin sərəncamı ilə Gəncə Dövlət Universitetinə rektor Yusif Yusibov təyin edilsə də, hazırda GDU-da bir yox, bir neçə rektor fəaliyyət göstərir.Bu şəxslər hamısı rektor tərəfindən səlahiyyətlər alıblar.

GDU-nun indiki rektorları kimlərdir?

1.Orxan Məmmədov. Məlumunuz olsun ki, rektor Yusif Yusibov tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədovun bütün fəaliyyətini iflic edib, heç bir məsələdə onunla hesablaşmır.Tədrislə bağlı bütün məsələlərdə nə bu sahəyə məsul olan Fəxrəddin Məmmədovun, nə fakültə dekanlarının,nə də kafedra müdirlərinin fikirlərinə əhəmiyyət verilmir. Bu məsələdə əsas söz sahibi universiteti güc-bəla ilə qurtaran, bakalavr və magistr təhsil pilləsində oxuduğu müddətdə bir saat dərsdə oturmayan, işi-gücü şou tədbirlər və yumoristik verilişlər keçirməkdən ibarət olan, tədbirlərdə Yüsif Yusifovun paltosunu soyundurub geyindirən, yağışlı havalarda ona çətir tutub, mühafizəçi və xəbərdaşıyan funksiyasını yerinə yetirən Orxan Məmmədovdur. Məlumat üçün bildirmək istəyirik ki, rektor universiteti bir növ ailə universitetinə çevirib,Orxan Məmmədov Yusif Yusibovun oğulluğudur, hərbi xidmətə tam yararlıdır, amma buna baxmayaraq Yusif Yusibov tərəfindən hərbi xidmətdən saxlatdırılıb. Orxan Məmmədov Yusif Yusibovun sosial şəbəkələrdə saxlatdığı trol dəstəsinə başçılıq edir və bunların müqabilində maaşdan əlavə hər ay paket alır. Müəllimlərin maaşını artırmağa canı çıxan Yusif Yusibov Orxan kimilərə pulu çox səxavətlə paylayır. Axı hörmətli rektora kim bu səlahiyyətləri verib ki, universitetin pullarını sağa-sola səpsin. Hörmətli Yusif Yusibovun marketoloqu Orxan ağlına gələn tədbirlər keçirdərək universitet büdcəsini talan edir. O, hərbi xidmətdə olmalı olduğu halda bu gün universitetin marketinq işlərini görür.Universitetdə hamı onun Yüsif Yusibovun oğulluğu olduğunu bilir.Onun anası işə gəlməsə də universitetdə xadimə kimi maaş alır. Hörmətli rektor Orxanı hərbi xidmətdən saxladaraq onu yanında şərəfləndirmiş və heç bir yerdə misli görünməmiş vəzifə yaradaraq həmin vəzifəyə təyin etmişdir. Orxana o qədər sərbəstlik verilib ki, hətta o, istənilən vaxtı tələbələri avtobuslara doldurub istədiyi yerlərə aparır, orada tədbirlər və mənasız, lazımsız layihələr keçirtmək adı ilə universitetin pullarını sağa- sola səpir. Artıq o vəziyyət yaranıb ki, deyəndə ki, bu layihələr kimə lazımdır, bu pulları müəllimlərə versəniz olmazmı? Bəs nazirlik buna nə deyir? Sabah nazirlik bundan xəbər tutsa nə olacaq? Cavabında deyirlərki, xəbər tutmur nə tutur tutsun. Onsuz da ölkə belədir. Kim hardan necə qapır qapsın, necə dağıdır dağıtsın…. sakitcə işini gör. Hərə bir tərəfə dağıdır. İndi bizim əlimizdə fürsət olduğu halda nəyə görə durub baxmalıyıq. Göründüyü kimi Yusif Yusibov və onun dağıdıcı komandası heç kimdən qorxmur, universitetin pullarını istədikləri kimi xərcləyirlər.

Orxan Məmmədov bir ayda maaşından əlavə rektorun verdiyi aylıq paket hesabına kafedra müdirindən çox maaş alır. Təsəvvür edin ki, rektor tələbələrə öz video müraciətində dekanları heçə sayır, müxtəlif fakültələrin tələbələrini dekanla yox,Orxanlə əlaqə saxlamağa səsləyir.

2.Vasif Həsənov. Vasif Həsənov innovasiyalar departamentinin direktorudur.Bu adam bir ayda 1500 manata qədər maaş alır.Məlumunuz olsun ki, bu heç dosent də deyil.Amma universitetdə kafedra müdirlərindən,dekanlardan,hətta professorlardan çox maaş alır. Bu adam öz qardaşı Asif Həsənovla birgə kompüterdə test imtahanlarına bütün rəhbərliyi həyata keçirir, istədikləri adamın cavablarını düzəldir,istənilən adamı pul verməyəndə kəsdirirlər.Vasif Həsənov nurçudur, Fətullah Gülən camiyyəsi ilə güclü əlaqələrə malikdir, Məmməd Əmin Rəsulzadəni təhqir edən,vaxtı ilə Elmar Vəliyevin iclaslarını təşkil edən,ona su süzən deputat Naqif Həmzəyevlə yeznə- qayındır, bu şəxs bütün günü xarici ölkələrdə başının dəstəsi ilə kefdədir,layihələr adı ilə universitetin pullarını sağa sola səpir.Bu şəxs hansı keyfiyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, çox maraqlıdır.Yusif Yusifov ona Vaska kimi müraciət edir. GDU-da komputer və proqramlaşdırma işləri onun inhisarındadır. Semestr imtahanlarının böyük hissəsi test üsulu ilə kompyuterlə verildiyinə görə, komputerlə test imtahanlarını o idarə edir. İmtahana pul vermiş tələbələrin qiymətləri Vasif Həsənovun xüsusi məharəti ilə düzəlir. Ələddinin sehirli çırağı olduğu kimi, Həsənov Vasifin də həmişə əlində gəzdirdiyi sehirli notbuku var. İmtahana girən tələbə monitorun önündə düz cavabları tapıb qaralaya bilməsə də, Vasif Həsənovun noutbukdakı sehirli düymələri bu işi yerinə yetirir. Vasif Həsənov sessiya müddətində “imtahan serveri”nə girib bir-bir düz cavabları qaralayır.Hətta pul almaq məqsədilə tələbənin kompüterdə seçdiyi dogru cavabı da dəyişdirib yanlış cavabla əvəz edir, tələbə heç nə sübut edə bilmir,kəsilir və son nəticə də rüşvət verməyə məcbur olur. Beləcə savadlı kadrlar yetişdirmək amacımızı, körpə fidanlarımızın universitetə, təhsilimizə, haqqa, ədalətə inamını qaralayır. Məhz Vasif Həsənovun möcüzəsi ilə kompyuter vasitəsilə test imtahanları verib qeyri-kafi almış tələbələrin qiymətləri verdikləri pulun məbləğinə uyğun olaraq elə həmin gün düzəlir. Təhsil Nazirliyinin yüksək diqqətinə çatdırırıq ki, bunu sadə üsulla yoxlamaq olar. Təlimata görə, tələbələrin cavabları bir semestr saxlanmalıdır. O test cavablarına baxmaq kifayətdir. Yaxud ixtiyari seçilmiş tələbələr yenidən eyni fənn üzrə imtahan versə əvvəlki nəticə çətin ki, alına. Başqa yollar da var… Tələbənin təhsil almaq, elmə yiyələnmək arzusunu məhz Vasif Həsənov davamlı şəkildə məhv edir. Vasif Həsənov GDU-da təhsilimizin, millətimizin qəsdinə duran baltadır. Yusif Yusifovun baltası… Universitetdə hamı onun nənəsinin erməni olduğunu bilir. Ceyhun Bayramovun nəzərlərindən iraq yazıq təhsilimizə isə, gör, kimlər kimlərin əli ilə balta çalır?!

2.Elsevər Nağıyev. Bu şəxs rektor köməkçisi olsa da özünü rektor kimi aparır. Elsevər Nağıyev Fətulla Gülən tərəfdarları ilə birbaşa əlaqəlidir. Belə ki, məlumata əsasən Elsevər Nağıyev Türkiyədə Fətullah Gülənə məxsus ali məktəblərdən birində magistr təhsili alıb .Universitet xətti ilə Elsevər Nagıyev ayda 2-3 dəfə Türkiyəyə gedir.Onun həyat yoldaşı isə Yusif Yusibovun yaxın qohumudur, Gəncə Dövlət Universitetində işləyir.

3.İlqar Kubışev.İlqar Kubışev də rektor məsləhətçisidir. 1988-1993-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) “Maşınqayırma” ixtisası üzrə təhsil almışdır. İlqar Kubışev sədaqətlə xidmətinə görə “İnformatika” kafedrasına dosent də seçilib.Maşınqayırma hara, informatika hara??? Bu şəxs informatika sözünün mənasını belə bilmir,amma belə bir aparıcı kafedrada dosentdir.Bu günə kimi bir dəfə də olsun kafedraya gəlməmişdir,onun dərs keçdiyini isə heç kim görməyib.Ona dərs yükünə daxil olan dərslər ya keçilmir,ya da kafedranın digər müəllimləri tərəfindən əvəz olunur.Görəsən, kafedra müdiri Əkrəm Aslanov o gəlməyə-gəlməyə ona necə tabel yazır və onun dərslərini keçməməsinə niyə göz yumur??? Sutkanın xeyli hissəsini İlqar Kubışev sərxoş olur. Maraqlıdır,bunun özünə məsləhət verən lazımdır, bu adam rektora hansı məsləhətləri verir? İlqar Kubışev də rektor Yusif Yusibovun çirkli işlərinə rəhbərlik edir. Bu adam Yusif Yusibovun Prezidenti aldatması nəticəsində “Tərəqqi” medalına layiq görülüb.Arada gəzən məlumatlara görə qadın alverində adı hallanılır. İlqar Kubışevin də həyat yoldaşı “İqtisadiyyat” kafedrasında müəllim kimi işə götürülüb.

4.Şahin Xurşudov. Universitetdə rektor Yusif Yusibovun “qara kassa”sı “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı Şahin Xurşudovdur.Bu adam hər yerdə deyir ki,mən mini rektoram. Əvvəllər rüşvət bir az gizli formada alınırdısa, Şahin Xurşudovun fakültəsində heç kimdən çəkinib eləmədən tələbələrdən pul yığırlar. Hətta fakültədə vəziyyət o həddədir ki, tyutorlar tələbələrdən rüşvət alarkən gülə-gülə iqtisadiyyat fakültəsinin tələbələrisiniz, indidən pul alıb-pul verməyi öyrənin deyirlər.İndi pandemiya şəraitində tələbələrə tyutorların vasitəsi ilə zəng olunur.Təklif olunur ki,sualların doğru cavablarını da verəcəyik.Pulunu bizim kart hesabımıza göndərin,qiymətlərinizi yaxşı yazacağıq.

Rektor Yusif Yusibov universitetdə “kölgə iqtisadiyyatı”nın Şahin Xurşudovsuz mümkün olmadığını anlayır. Məhz bu səbəbə görə də onu ikinci dəfə dekan vəzifəsinə təyin etməklə yanaşı, həm də “qara kassa”ya nəzarəti də ona həvalə edib. İnsafən də, Şahin Xurşudov bu “məsuliyyətli” tapşırığın öhdəsindən məharətlə gəlir. Hətta Şahin Xurşudov pul məsələsində o qədər həssasdır ki, əldə olunan hər bir manatın dəqiq hesabatını rektora vaxtlı-vaxtında çatdırır.Şahin Xurşudovun rektora qarşı bu cür sədaqətli və düzgün olması qarşılıqsız qalmır. Belə ki, GDU-nun “qara kassa”sına toplanan vəsaitlərin böyük hissəsindən Şahin Xurşudovun da özəl payı olur. Əgər belə olmasaydı Şahin Xurşudov dəyəri 4000 manatlıq qızıl saat taxmaz, yüz min manat dəyərində “Land Cruiser” sürməzdi. Bu hələ aysberqin görünən tərəfidir. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da var. Əlbəttə ki, bunlar hamısı tələbələrdən yığılan rüşvətlərin hesabına əldə olunub.

Xatırladaq ki, Şahin Xurşudov Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisadiyyat

kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktorudur. 2007-ci ildən Gəncə Dövlət Universitetində işləyir.Şahin Xurşudovun ixtisası texnoloqdur, ixtisasca texnoloq olan bu şəxs daha sonra hansısa yollarla iqtisad elmlər namizədi diplomuna da sahiblənə bilib. Bunu da deyək ki, Şahin Xurşudov demək olar ki, Gəncədəki, əksər ali məktəblərə əl qoyub. Məsələn o, bir ştat vahidi ilə Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında, 0,5 ştat vahidi əvəzçiliklə və 240 saat hesabı ilə Azərbaycan Texnologiya Universitetində dosent və yenə də Gəncə Dövlət Universitetinin “Təcrübə və işlə təminat”şöbəsinin ictimai əsaslarla müdiridir.Bu şöbənin müdiri Cabbar Məmmədov olsa da, bu sənəd üzərində belədir.Cabbar Məmmədov əslində yalnız işinə görə həmin vəzifənin maaşını alır.Əslində bütün rüşvət kompaniyasına rəhbərliyi Şahin Xurşudov və Elsevər Nağıyev həyata keçirir. Ən gülməli məqamlardan biri də budur ki, hər işlə məşğul olmağı bacaran Şahin Xurşudov sən demə həm də kafe işlətmək qabiliyyətinə malik imiş. Belə ki, dosent Gəncə Dövlət Universitetinin 4-cü korpusunun həyətində 20-25 kv metrlik yeri qanunsuz zəbt edərək kafe tikdirib.Hətta universitetin 5-ci korpusunda və tələbə yataqxanasındakı kafelər də ona məxsusdur. Göründüyü kimi, Gəncə Dövlət Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, “İqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Şahin Nadir oğlu Xurşudov iqtisadiyyatdan dərs deməklə kifayətlənmir. Biliklərini real həyatda sınamağı da xoşlayır. Biznes sahəsində uğurları var, hərdən kafeyə şəxsən gələrək aşbazlara göstəriş verməyi də sevir. Onun “Kotleti yandırma”, “yeməyi duzsuz etmə”, “küftəyə düyü qat” və diğər dəyərli məsləhətlərinə aşbazlar mütləq əməl edir.Çox maraqlıdır ki, Şahin Xurşudovun bu qanunsuzluqlarına “yox” deyəcək bir kəs yoxdur. Əvəzinə Yusif Yusibov bir “Tərəqqi” medalı da onun sinəsindən asıb.

Yusif Yusifovun qocalığı ilə əlaqədar hüşsuzluğundan istifadə edərək Orxan Məmmədov, Elsevər Nağıyev, Şahin Xurşudov, İlqar Kubışev,Vasif Həsənov, Fəxrəddin Həsənov hərəsi bir əmr förmalaşdırır, bu əmrlərin də forma və məzmunu gün ərzində bir neçə dəfə dəyişir. Maraqlıdır,görəsən Gəncə Dövlət Universiteti nə vaxt rektorsuzluq və ya rektor çoxluğu bəlasından xilas olacaq?”

Qarşı tərəfi də dinləməyə hazırıq.


Abunəlik