Gəncləri qocaldan içki və qidalar bəlli oldu

Baxılıb:24
Gəncləri qocaldan içki və qidalar bəlli oldu

Yuvyaskul Universitetinin fin alimləri müəyyən ediblər ki, qeyri-sağlam qida və içkilər hətta gənclərdə də bioloji qocalmanı sürətləndirə bilər.

Tədqiqat “Clinical Nutrition” (CliNut) elmi jurnalında dərc olunub.

Bioloji yaş orqanizmin vəziyyətini hüceyrə səviyyəsində əks etdirir və xronoloji yaşdan fərqlənə bilər. Bunu ölçmək üçün alimlər epigenetik saatlardan – bioloji yaşı təyin etmək üçün DNT metilasiyasını təhlil edən modellərdən istifadə edirlər.

Tədqiqatda 20-25 yaş arası 826 əkiz iştirak edib. İştirakçılar 55 qida məhsulunun istehlak tezliyini göstərdikləri anketləri doldurublar. Tədqiqatçılar fiziki fəaliyyət, siqaret və bədən çəkisi kimi digər həyat tərzi faktorlarını da nəzərə alıblar.

Nəticələr göstərib ki, meyvə və tərəvəzləri az, qırmızı və emal olunmuş ət, fastfud və şəkərli içkilərdən isə çox istifadə edənlər bioloji qocalma ilə qarşılaşırlar. Bunun əksinə olaraq, sağlam pəhrizlə qidalanan iştirakçılar daha yavaş qocalmağa meyillidirlər.

Tədqiqat həmçinin müəyyən edib ki, genetika pəhriz və yaşlanma arasındakı əlaqədə mühüm rol oynayır. Lakin bu o demək deyil ki, sağlam qidalanma bəzən fayda verməyə bilər. Alimlərin fikrincə, genetik meyliniz olsa belə, düzgün pəhriz qocalma prosesini ləngidir.


Abunəlik