Gənclər Vətəni layiqincə təmsil etdi-FOTO

Baxılıb:207
Gənclər Vətəni  layiqincə təmsil etdi-FOTO

AzTimes.az xəbər verir ki, “Youth Inc.” Sahibkarlıq Proqramı 22-25 Sentyabr 2019-cu il tarixləri aralığında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “ VII Rusiya-Azərbaycan Gənclər Forumu”nda Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvü kimi proqram koordinatoru Talifa İsgəndərli tərəfindən “Gənclər üçün biznes. Sosial sahibkarlıq” mövzusunda aparılan panel müzakirələrində təmsil edilib.Panel müzakirələrində Azərbaycanda olan sosial sahibkarlıq və biznes ekosistemi haqqında təqdimatlar aparılmaqla yanaşı, “Youth Inc.” Sahibkarlıq Proqramının da fəaliyyəti və yekunlaşmış “New Generation” layihəsi ilə bağlı geniş məlumat verilib.

Forumun açılışında çıxış edən Gənclər və İdman nazirin müavini İntiqam Babayev Forumun keçirildiyi 7 il ərzində Rusiya və Azərbaycan gəncləri arasında sıx əlaqələrin qurulduğunu və münasibətlərin daha çox inkişaf etdiyini bildirib. Nazir müavini vurğulayıb ki, bu forum hər iki ölkə gənclərinin bir-biriləri ilə daha yaxından tanış olmaları, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmələri üçün çox böyük imkanlar yaradır.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir