Gənc yazar Tural İrfanın “Kamikadze” kitabının təqdimatı oldu

Baxılıb:230
Gənc yazar Tural İrfanın “Kamikadze” kitabının təqdimatı oldu

İlahiyyatçı-yazar, Azərbaycan Yazıçılar Birliyinin və AJB-nin üzvü Tural İrfanın “Kamikadze-1” adlı yeni kitabının mart ayının 27 də, saat 14:00 da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təqdimatı keçirilib. Kitab “Şərq” qəzetinin baş redaktoru A. Aşırlı və millət vəkili Q. Paşayevanın “Ermənilər törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabının təsiri ilə yazılıb. “Kamikadze 1” sənədli romanı erməni vəhşiliyinin ifşası, xalqımıza qarşı düşmənlərimiz tərəfindən törədilmiş soyqırımlardan bəhs edir. Vətənpərvərlik ruhunda yazılmış əsərin süjet xəttini 1990-cı ildə Qazax rayonunun Bağanıs-Ayrım kəndinin erməni işğalına məruz qalması, erməni daşnaklarının kəndi yandıraraq bir körpəni oğurlayıb aparmasından, onu erməni ruhunda böyüdərək kamikadze kimi yetişdirib Azərbaycanda terror aktlarının iştirakı üçün göndərməsi təşkil edir. Kitabın redaktorları DGTYB başqanı Ə.Qoşalı və “Cümhuriyət” qəzetinin baş redaktoru R.Becanov, rəyçiləri professorlar M.Qasımlı, N.Məmmədli, məsləhətçilər ilahiyyat alimi Hacı Sabir Həsənli, tarix elmləri doktoru D.Əzimli və folklorşünas alim S.Qəniyevdir. Təqdimatda Azərbaycanın bir sıra ziyalıları, alimləri və media nümayəndələri iştirak edib. Kitabda nadir faktllar, mənbələr, şahid ifadələri və tarixin ziddiyyətli məqamları haqqında maraqlı yanaşmalar var. Əsərdə aşağıdakı sualların cavabları tarixi-etnoqrafik sənədli romanda geniş şəkildə öz əksini tapıb. 1. Ermənilər haqqında böyük dahilər nə deyib? 2. Ermənilər saxta tarixi hansı metodlarla düzəldir? 3. Keşiş Mesrop Adamyan nə üçün erməni saxtakarlığına qarşı çıxırdı? 4. Qazaxın Bağanıs Ayrım kəndindən oğurlanan 3 yaşlı Əli ermənilər tərəfindən necə Alik kamikadzeyə çevrildi? 5. Eçmiadzində saxlanan, guya İsanın qarnının onunla deşildiyi deyilən nizə başlığı əslində nədir? 6. Sumqayıtda iğtişaş yaratmış Eduard (Edik) adlı erməni əslində kim idi və harada izi itirildi? 7. Osmanlı və Səfəvi savaşlarının əsl gizli səbəbkarları kim idi? 8. Şah İsmaili ermənilər necə zəhərlədi? 9. Nuhun gəmisinin Moskva muzeyində saxlanılan qalıqlarında nə yazılıb? 10. Ölünü dəfn edəndən sonra hansı dinin nümayəndələri ölünün qulağına nə deyirlər? 11. Təsadüflə təvafüqün fəlsəfi fərqi… 12. Alban hakimi Cavanşir xəlifə Muaviyyə ilə necə dost olmuşdu? 13. Babək Xürrəmi öz məktubunda İmam Rzaya nə yazırdı? 14. Piri Rəisin xəritəsində Amerika qitəsi… 15. ASALA terror təşkilatı ermənistanda nə kimi fəaliyyət göstərir? 16. Türklərə nə üçün peyğəmbər göndərilməyib? 17. Goranboyda körpüyə ermənilər hansı daşı bərkitmişdilər? 18. Saxta seyyidlik şəcərəsi necə düzəldilir və uydurma cədd necə formalaşdırılır? 19. Uzun illik məscid İmamı olan şəxsin yəhudi keçmişi necə ifşa edildi? 20. Makedoniyalı İsgəndərin Qubada Şahdağda misdən sədd çəkməsi hansı tayfaya görə idi? 21. Erməni xislətinin murdarlığının əsl səbəbi və qaynağı nədir? 22. Osmanlı dövlətində ermənilər hansı fitnələri törətdilər? 23. Sumqayıtdan İrəvana gedən ermənilərin qızıllarını hansı zərgər mismarlar düzəldərək üzüm yeşiklərinə vuraraq aparmağı məsləhət görmüşdü? 24. Qriqoryan kilsəsinin xristianlıqdan əsas fərqini ideoloqlar nə ilə izah edirlər? 25. Ziya Bünyadovun rus dilinə tərcümə etdiyi erməni tarixində gizli qalan faktlar nələrdir? 26. Əsli Kərəm dastanındakı türk qızı Əsli nə üçün erməniləşdirildi? 27. Şah İsmailə Sultan Səlimin indiyəcən üzə çıxarılmayan bir cümləlik məktubunda nə deyilir? 29. Gəncəlilər niyə “lələ” deyə müraciət edirlər, bunun Hüseyn Lələ bəylə, xəlifə Öməri öldürən Lülü ilə nə kimi əlaqəsi var? 30. Mircəfər Bağırov Malenkova ən sərt şəkildə nəyi yazmışdı? 31. Fil surəsində deyilən Əbabil quşları 1950 ci ildə Fransa səmasında necə göründü və bu faktı nə üçün gizlətdilər? 32. Erməni keşişi kilsədə zina etdiyi agent fahişəni necə ram etdi? 33. Erməni keşişi Mesrop Adamyan nə üçün türklərə məhəbbət bəsləyirdi? 34. Adəmin ikinci arvadı kim idi və o niyə gizlədilir? 35. Hacər hansı “günah”ına görə İbrahimin barmaqlarını, başını və cinsiyyət orqanını kəsəcəyinə and içmişdi və bu sonra necə əvəzləndi? 36. Panamarov Qazaxda baş verən hadisələrə necə qiymət verirdi? 37. Novruz bayramının hələ heç kəsə məlum olmayan fəlsəfəsi… 38. Xəlifə Müaviyyə Roma rəhbərliyinin ona hücum xəbərini eşidib ona İmam Əli haqda nə yazmışdı? 39. İrəvanda Üç Müəzzin nədir və necə Eçmiadzin oldu? Nəsimi erməni qızına nə üçün qəzəl həsr edib, o hansı ermənidir? 40. Bağanıs Ayrımda edilən soyqırım, Qərbi Azərbaycan torpaqlarında erməni vandallığının açılmamış tərəfləri gizli sənədlər və faktlar əsasında … 41. Sovet hakimiyyəti dövründə alimlərin Bağdadda arxeoloji qazıntı zamanı tapdıqları Nuhun gəmisinin qalıqlarında süryani dilində kimlərin adı yazılmışdı? 42. Bu deyilənlərin Kamikadze, İrəvan, Bağanıs Ayrım (Seyidli) soyqırımı ilə nə kimi əlaqəsi və dəxli var? Qeyd olunan maraqlı faktlardan bəhs edən əsəri paytaxtın öndə gedən kitab dükanlarından əldə etmək olar.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir