Gənc namizəd seçiciləri ilə görüşdü – FOTOLAR

Baxılıb:125
Gənc namizəd seçiciləri ilə görüşdü – FOTOLAR

AzTimes.az xəbər verir ki,123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 16 avqust 2024-cü il tarixində Mingəçevir Dövlət Dram Teatrının akt zalında həmin şəhərdə yaşayan Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi. Əvvəlcə xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, uzun illər haqqı tapdanan, səsi eşidilməyən, hərbi təcavüzə məruz qalan, torpaqları işğal edilən Azərbaycan bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. Odur ki, xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü, qürurlu, sevincli günləri bundan sonra da davam edəcəkdir. Biz dogma yurdumuza birdəfəlik qayıtmışıq.

Bundan sonra heç bir qüvvə bizi dədə-baba yurdumuzdan ayıra bilməz. Biz bir yerdə olanda daha güclüyük! Yaşasın müstəqil Azərbaycanımız! Yaşasın dünya şöhrətli liderimiz, Müzəffər Ali Baş Komandanıız cənab İlham Əliyev! Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, həqiqətən də Kəlbəcər bir təbiət möcüzəsidir. Bu, Allahın Azərbaycana bəxş etdiyi bir hədiyyədir. Kəlbəcərin hər daşı tarixdir, Kəlbəcərin hər qarışı qızıldır, Kəlbəcərin hər bir bulağının suyu dərmandır, Kəlbəcərin hər qarış torpağı bərəkətdir, ruzidir. Bu gün azad Kəlbəcər yenidən qurulur, Kəlbəcər şəhərində hazırda ümumilikdə 202 mənzildən ibarət binalar inşa edlib yekunlaşmaqdadır. Tarixi qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb. Kəlbəcərli fermerlər, arıçılar yay mövsümündə təsərrüfatlarını doğma yurdlarına köçürürlər. Yaxın vaxtlarda əhalinin yeni inşa olunan Kəlbəcər şəhərinə köçürülməsinə start veriləcək. Ulu Öndər Heydər Əliyevin bir zamanlar böyük uzaqgörənliklə dedikləri sözləri, müqəddəs arzuları cənab Prezidentimiz qətiyyətlə reallaşdırır.

Əziz seçicilər, əgər mənə etimad göstərib deputat seçsəniz, sizin istəklərinizi, problemlərinizi, təkliflərinizi Milli Məclis vasitəsilə əlaqədar təşkilatlara çatdıracağam. Qarşılaşdığnız problemlərin əlaqədar təşkilatlar vasitəsilə aradan qaldırmağa çalışacağam. Üzərimə düşən vəzifələrin yerinə yetirməsinə nail olacağam. Arzu edirəm ki, növbəti seçkilərə qədər hamımız bir nəfər kimi doğma el-obamızda məskunlaşaq, isti ocaqlarımızda görüşək. Əziz seçicilərim, inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək öz mövqeyinizi ifadə edəcəksiniz. Əmin olun ki, mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacağam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulması və inkişafı naminə çalışacağam. Namizədin vəkili – Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı çıxış edərək bildirdi ki, Azərbaycanda demokratik seçki ənənələrinin təməli məhz Ulu Öndərimiz tərəfindən qoyulub. Bu gün cənab Prezidentimiz Ulu Öndərin siyasətini uğurla davam etdirir. Builki parlament seçkiləri ölkəmizin bütün ərazilərində keçirilir. Bu xoşbəxtliyi bizə şəhidlərimiz, qazilərmiz, Müzəffər Ali Baş Komandanımız bəxş edib. 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Mircəlil Qasımlı xalqına, dövlətinə bağlı, yüksək intellekti, bacarığı ilə seçilən perspektivli bir gəncdir. Mən hər birinizi seçkilərdə Mircəlil müəllimə səs verməyə çağırıram. Əminən ki, sizin səsləriniz sayəsində Mircəlil Qasımlı Milli Məclisə seçiləcək və sizi ləyaqətlə təmsil edəcək. Daha sonra namizədin vəkili, tanınmış şair, şəhid ailəsinin nümayəndəsi Ələkbər Ələsgərov (Sönməz Ələkbər) çıxış edərək, parlament seçkilərinin əhəmiyyətindən, deputatlığa namizəd Mircəlil Qasımlının potensialından bəhs edib. Görüşdə çıxış edən seçicilər əminliklə bildiriblər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.


Abunəlik