Gəncədə qazi qonşusunun anasını bıçaqladı – Ölən var
Gəncədə qonşusuna xəsarət yetirən şəxs saxlanılıb.
Hadisə dekabrın 27-si saat 11 radələrində baş verib. Şəhər sakini 1990-cı il təvəllüdlü, Davud İsmayılov xuliqanlıq zəminində qonşusu Kamran Eminovu bıçaqla vurmaq istəyərkən zərbə orada olan Kamranın anasına dəyib. Əl nahiyəsindən bıçaq xəsarəti alan qadın xəstəxanaya aparılıb.
D.İsmayılov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Qeyd edək ki, D.İsmayılovun 2-ci Qarabağ Müharibəsinin qazisi, 3-cü qrup əlil olduğu bildirilir.