Gəncədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbiri keçirilib

Baxılıb:286
Gəncədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbiri keçirilib

 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, idarə müəssisə rəhbərləri, şəhər ictimaiyyəti, sakinlər və şəhərin qonaqları iştirak ediblər.  

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin baş meydanında qurulan yeni il şəhərciyini gəzib, burada sakinlər və şəhərə gələn qonaqlar üçün yaradılan şəraitlə tanış olub. Çıxışlarda qeyd olunub ki, ulu Gəncə torpağında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il böyük sevinclə qeyd olunur. Xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir ki, həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız bu bayramı iftixar və qürurla qarşılayırlar. Həmçinin o da qeyd olunub ki, 30 dekabr tarixinin Gəncə və gəncəlilər üçün xüsusi önəmi var. Belə ki, 1989-cu ilin məhz bu günü Azərbaycan xalqının tarixində önəmli yeri olan, günü-gündən gözəlləşən ulu Gəncənin əzəli və əbədi adı özünə qaytarılıb.  

Tədbirdə dünyanın və ölkənin idman arenalarında müxtəlif nəaliyyətlər əldə edən idmançılar Gəncə şəhərinin ictimai həyatında fəal iştirakı və 2019-cu ildə idman sahəsində qazandıqları uğurlara görə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının “Fəxri fərmanı” ilə təltif olunublar.

Çıxışlardan sonra söz musiqiyə verilib və Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil konsert proqramı izlənilib. Xalq artisti Şahnaz Həşimovanın, Əməkdar artist Kəmalə Tağızadənin, “Göygol” Dövlət Mahnı və Rəqs ansamblının üzvlərinin, habelə Gəncə Dövlət Filarmoniyasının solistləri Rövşən Məmmədov, Vasif Bayramov, İlham Qasımov və digərlərinin çıxışları alqışlarla qarşılanıb.  

Gəncə Dövlət Kukla Teartının kollektivi tərəfindən bayram əhval-ruhiyyəli səhnəciklər təqdim edilib. Cizgi film və müxtəlif nağıl qəhrəmanlarının çıxışları uşaqların marağına səbəb olub.

Xatırladaq ki, Gəncədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təşkil olunan tədbirlər dekabrın 21-dən start götürüb. Belə ki, şəhərin əsas meydanında hündürlüyü 21 metr olan küknar ağacı qurulub. Burada balacaların asudə vaxtının səmərəli və maraqlı keçməsi üçün müxtəlif atraksionlar quraşdırılıb. Ərazidə “Tir”, “Faceart” və sair fərqli əyləncələr üçün də şərait yaradılıb. Şəhərin müxətlif musiqiq kollektivləri hər gün saat 17:00-dan etibarən konsert proqramı ilə çıxış edirlər. Dekabırın 31-i gecə saat 00:00-da isə sakinlər və şəhərin qonaqlarını möhtəşəm atəşfəşanlıq gözləyir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir