Gəncədə 14 yaşlı qızı nişanladılar – DİN hərəkətə keçdi
Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Report”a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.