Gəncə şəhəri üzrə İcra İdarəsinin Rəis müavini, Kiçik Ədliyyə müşaviri ƏLƏMDAR İBRAHİMOV Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik etdi

Baxılıb:310
Gəncə şəhəri  üzrə İcra İdarəsinin Rəis müavini, Kiçik Ədliyyə  müşaviri  ƏLƏMDAR İBRAHİMOV Azərbaycan xalqını  Milli Qurtuluş Günü münasibətilə təbrik etdi

Gəncə şəhəri üzrə İcra İdarəsinin Rəis müavini,  Kiçik Ədliyyə  müşaviri Ələmdar İbrahimov  Azərbaycan xalqını  Milli Qurtuluş Günü münasibətilə  media vasitəsilə  təbrik  ünvanlayıb. Təbrikdə deyilir:
                             Hörmətli   Əziz həmvətənlər!

“Doğma Azərbaycanımızın ən əlamətdar günlərindən biri olan  15 iyun xalqımızın yeni tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin banisi, Ulu Öndərimiz,  Dahi siyasətçi  Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görə də 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Milli qurtuluş gününün xalqımız üçün dəyəri  əvəzolunmazdır!

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız  böyük  xilaskarının  xidmətlərini  unutmur  və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

 Xalqımız tarixi bir bayram – Milli Qurtuluş Günü ərəfəsindədir. Bu bayram münasibəti ilə  Gəncə şəhəri daxil olmaqla, respublikamızın  bütün regionlarında 15 iyun Milli Qurtuluş Günü geniş şəkildə qeyd edilir.

Gəncə şəhəri üzrə İcra İdarəsinin Rəis müavini,  Kiçik Ədliyyə  müşaviri Ələmdar İbrahimov  həmçinin 15 iyunun Azərbaycan xalqının tarixində mühüm hadisələrdən olduğunu da  qeyd etdi: -Qurtuluşdan başlanan inkişaf və tərəqqi bu gün daha da sürətlənib. Ümummilli liderimiz Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycan demokratiya prinsipləri, demokratik iqtisadiyyat sahəsində başqa dövlət üçün nümunə olub.

Sevindirici haldır ki,  Heydər Əliyev siyasəti və ideyaları hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün hər bir azərbaycanlı bu misilsiz uğurlarla fəxr edir və  haqlı olaraq öz dövləti ilə qürur duyur. 

Sonda bütün Azərbaycan xalqını,  başda  ölkə   prezidentimiz  cənab İlham Əliyevi  və  Birinci  Vitse  prezidentimiz  xanım  Mehriban  Əliyevanı  Milli Qurtuluş  Günü münasibətilə səmimi  qəlbdən  şəxsən öz adımdan  və həmçinin kollektivimiz adından  təbrik edir,  hər birinizə möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik, dövlətimizə  əbədi  müstəqillik arzulayırıq.”

Milli Qurtuluş Bayramınız mübarək olsun!

“Azərbaycan Jurnalistlər Birliyinin Üzvi”,

 jurnalist-araşdırmaçı Aybəniz Abdulova

Aztimes.az


Abunəlik