Gəncə hadisələrinə görə həbs olunan daha bir nəfər azadlığa buraxılıb -FOTO
Bakı Apelyasiya Məhkəməsində Gəncə hadisələrinə görə tutulan daha bir qrup şəxsin – Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin apellyasiya şikayətlərinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Nemət Heydərlinin şikayəti təmin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Digər təqsirləndirilən şəxslərin isə cəzaları azaldılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsi Gəncə hadisələrində təqsirləndirilən Elvin Əliyevin də azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.
AzTimes.az