Gəncə 2saylı cəzaçəkmə müəssisəsində intihar
Dünən axşam saatlarında Gəncə 2saylı istintaq təcritxanasında intihara cəhd hadisəsi baş vermişdi. Bu barədə məlumat intihara cəhd etdiyi iddia edilən Əliyev Əliyar Mübariz oğlunun anası Əliyeva Bahar Vəli qızi tərəfindən verilmişdir. AzTimes.az saytı ilə əlaqə saxlayan valideyn oğlu Əlyarin törətdiyi əməli müstəntiq Sahil Əliyevin işi düzgün aparmamasina etiraz olaraq tutduğunu bildirib.Onun iddiasina görə Əliyev Əliyar adının açıqlanması istənilməyən bir xanımla borc problemi yaşamış, sonra aralarında barışıq əldə edilmişdir. Bahar Əliyeva iddia edir ki, müstəntiq Sahil Alıyev həmin xanıma təzyiq edərək onu yenidən şikayət etməyə məcbur edib.Hadisəni eşidər eşitməz təcridxana əməkdaşları ilə əlaqə saxlasaq da orada belə bir hadisənin olması barədə məlumat təkzib edildi.
AzTimes.az