Gələn ay qazın, sonra da elektrikin qiyməti qalxacaq-DEPUTAT AÇIQLADI
“Ölkənin siyasətini başa düşmək üçün gərək dəli olasan, ağlını itirəsən. Ağılla düşünüb başa düşmək olmur. Benzin qalxdı, çünki dünyanın pulunu qazanan SOCAR dövlətdən dotasiya alır,
AZAL dotasiya ilə yaşayır, amma milyardlarla dəyəri olan layihələr edir, yüz milyonlarla borc alır, xərcləyir.
Milli Bank 450 milyona bir obyekt tikir, sadə işçilər də balaca əməkhaqlarından fondlara pul köçürürlər.
Su da qalxdı. Xalq “bayram” edir. Yəqin gələn ay da qazın qiyməti qalxar. Arxasınca da elektriki qaldırın. Ya da elə ictimai-siyasi quruluşu dəyişib keçək ya quldarlıq, ya da feodalizmə. Məsələ birdəfəlik həll edilsin”.
AzTimes.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.
R.Nurullayev bildirib ki, Azərbaycanda sosial xidmətlər Avropa qiymətidir: “Əməkhaqları, qazanc və güzəran isə azərbaycansayağı.
Əlimizdən bir şey gəlmir, bir səsimiz var. Kimlərsə ölkəni xaosa sürükləmək istəyir. Çünki, bu templə qiymət bahalaşmasına heç Almaniya getməz”./Pravda.az