Gədəbəydə “BARİQALAR” saxlanıldı

Baxılıb:283
Gədəbəydə “BARİQALAR” saxlanıldı

        AzTimes.az xəbər verir ki, Gədəbəydə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda rayon sakini, əvvəllər məhkum olunmuş Ədalət Rzayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” və qurudulmuş “marixuana” aşkar edilib. Saxlanılan şəxs dindirilmə zamanı narkotik maddə bağımlısı olduğunu etiraf edib, faktlarla bağlı araşdırmalar davam etdirilir.


Abunəlik