Füzulidə büdcəni səhiyyə adı ilə talan edirlər
Füzuli rayon səhiyyə sistemində baş verən neqativliklə bağlı redaksiyamıza ünvanlanan şikayəti təqdim edirik:
“Bakı şəhər Binəqədi rayon Cehun Hacıbəyli küç.150 Azərbaycan Dillər Universitetinin 1 saylı yataqxanasında məskunlaşmış Füzuli şəhər sakini, kecmiş məcburi köçkün Hacıyev Bayram Nazim oğlu tərəfindən
Hörmətli Kamran məllim məlumat üçün qeyd edirəm İcbari Tibbi Sığorta Dövlət Agentliyinin ayırdığı maliyyə vəsaiti Füzuli Mərkəzi Xəstəxanasının maliyyə şöbəsinin rəhbərliyinin idarəçiliyi altında klanlaşmış şəbəkə üzvləri tərfindən təyinatı üzrə xərclənmir gizli şəkildə bir qurup tərəfindən manipulyasiya sisteminən yox edilir.
Füzulu rayon Bala-Bəhmənli tibb mətəqəsinin rəhbəri 67 yaşında Füzuli Mərkəzi Xəstəxanasının maliyyə şöbəsinin müdirinin vasitəsilə Təcili Tibbi Yardımın Tibb Qardaşı adıyla bir aklad əmək yazılaraq ödəniş edilir təxminən 350 azn Kədin Tibb Mətəqəsinin rəhbəri kim yarım aklad Əmək haqqı yazılaraq təxminən 250 azn əmək haqqı alır. Təcili Tibbi Yardımın tibb qardaşı kimi də təxminən 800 azn, CORONA pulu adıyla dövlət büdcəsindən ayrılan vəsaiti 67 yaşında vətandaşın adına ödənilir.
Füzuli Mərkəzi Xəstəxananın stomatologiya şöbəsinin 250 nəfərə yaxın Tibbi və sıravi işciləri barədə məlumat verərək bildirirəm ki , acıq – aşkar dövlətimizin və ali rəhbrliyin Füzuli rayon bölgəsinə xüsusi qayğısına bu şöbə rəhbərliyi tərəfindən maliyyə şöbəsinin müdirinin dəstəyi ilə ciddi faktlar əsasında xəyanət edilir.
Füzuli Mərkəzi Xəstəxananın 250 nəfər stomatologiya şöbəsinin işçilərinin adına köcürülən əmək haqqı ödənişlərin yoxlamaqla cinayətkar şəbəkənin əməlləri ifşa olunacaqdır.
Bütün bunlar azmış kimi, CORONA PULU adıyla İcbari Tibbi Sığorta Dövlət Agentliyinin ayırdığı vəsait təyinatı üzrə ödənilmədiyi , qeyri – qanuni şəkildə Həkim və Tibbi heyətə aidiyyəti olmayanlara ödənilir külü miqdarda vəsait manipulyasiya sistemi ilə cinayətkar şəbəkənin üzvlərinin faliyyəti nəticəsində dağıdılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinin məsuliyyətli vəzifəli şəxslərinin nəzarətsizlik Füzuli Mərkəzi Xəstəxanasının maliyyə şöbəsinin rəhbərinə və ona arxa duran İcbari Tibbi Sığorta Dövlət Agentliyinin məsuliyyətli gizli məmuruna qol qanda verir. Tam əminliklə yazmaqı özümə borc bilərək qeyd edirəm ki, cinayətkar şəbəkə üzvlərinin manipulyasiya sistemi ilə dövlət büdcəsinə necə xəyanət etməklərini ciddi faktlar əsasında təqdim etməyə hazıram və buna görə məsuliyyətin daşıyıram.
Füzuli rayon prokuroruna dəfələrlə yazılı və şifahi müraciət etsəm də, ciddi faktlar əsasında qeydlərimi təsdiq edib təqdim etsəm də, nədənsə rayon prokuroru mənim müraciətimi gizlədərək , qarşı tərəfin mövqeyin qorudu.
Bir daha müracət etməkdə məqsədim mənə yazılan müraciətlər əsasındadır və əminəm ki, ədalətli və hüquqi qanunlarımızın qarşısında Baş Prokurorluğun nəzarəti altında təqdim edəcəyim ciddi faktlar xüsusi nəzarətə götürülüb , araşdırılacaq.
Əminəm tezliklə cinayətkar şəbəkənin gizli , gözə görsənməz dağıdıcı üzvlərinə dəstək duran, hal-hazırda İcbari Tibbi Sığorta Dövlət Agentliyinin maliyyə sisteminə şəxsi imzaların ataraq məsuliyyət daşıyan Füzuli Mərkəzi Xəstəxanasının klanlaşmış qohum əqrabadan ibarət rəhbəri hazırkı maliyyə şöbəsinin müdiri və ona arxa duranlar ədalətli və hüquqi qanunlarımız qarşısında cavab verməkləri təmin ediləcək.
Uzun illərdir rayon səhiyyəsinə ayrılan dövlət büdcəsindən vəsaitə xəyanət edənlər ifşa ediləcək və onların cinayət əmələrinə xüsusi qeyd edirəm acıq- aşkar ciddi faktlar əsasında müşahidə edilməsinə son qoyulacaq , ədalətli və hüquqi qanunlarımız qarşısında uzun illərdir faliyyət görsədən şəbəkə cavab verəcəkdir.
Dövlət büdcəsindən ayrılan vəsaitləri manipulyasiya sisteminən yox edilməsi ifşa olacaq və Dövlətimizin rayon səhiyyəsinə ayırdığı vəsaitə xəyanət edənlər tərəfindən cinayətkar şəbəkə üzvlərinin qarşısına ədalətli və hüquqi qanunlarımız tərfindən qoyulacaq və dövlət vəsaitinə xəyanət edənlər tərəfindəndə geri qaytarılması təmin ediləcəkdir.
Mənim qarşımda duran vəzifələri sədaqətl vətandaşi olaraq yerinə yetirəcəm
Dövlətimizin Baş Prokurorluğu qarşısında məsuliyyətli olacam.
Vətandaş, köckün blogger HACIYEV Bayram Nazim oğlu “.
//azinforum.az