Fuad Abbasovun saat 10:00-a təyin edilmiş məhkəməsi gecikir

Baxılıb:173
Fuad Abbasovun saat 10:00-a təyin edilmiş məhkəməsi gecikir

AzTimes.az saytı xəbər verir ki, Fuad Abbasovun məhkəməsi  6 iyun 2019-cu il saat 10:00 -a təyin edilməsinə baxmayaraq iki saatdan artqdır ki, yubanır. Fuada dəstək üçün məhkəmə binası qarşısına 40 -a yaxın insan tolaşıb. Məhkəmədə diaspor və Azərbaycanın Rusiyadakı səfirliyindən heç kim iştirak etmir.  İştirak edənlər “Fuad Abbasova dəstək” kampaniyasının fəallarıdır.   

Məhkəmədə Fuad Abbasovu müdafiə edəcək vəkil Teyyub Şərifov bildirdi ki,  Fuad Abbasov   Moskva Ximki Miqrasiya Xidməti tərəfindən məhkəməyə verilib.  “Mən başqa söhbətləri eşitmişəm, amma o barədə heç nə deyə bilmərəm. Qanuni və hüquqi çərçivədə danışıram.”  Fuad Abbasovun məhkəməsinə qədər bir neçə proses oldu. Amma Fuad Abbasovun məhkəməsində  digərlərindən fərqli  qatı cinayətkar şəxslrin məhkəməsində olduğu kimi çoxlu polis nəzarəti var.Məhkəmənin Fuad Abbasovsuz, vəkillərin iştirakı ilə  keçiriləcəyi gümanı yüksəkdir.  Proses başlamaq üzrədir. lakin F. Abbasov gözə dəymir.

İrəliləyən saatlarda sizə  prosesin gedişi və nəticələri haqda məlumat verəcəyik.

Arzu Əlisoy /AzTimes.az-ın Rusiya üzrə xüsusi müxbiri/

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir