Fransa səfiri Azərbaycanla sərhədə gəldi – Süniklə bağlı bəyanat yaydı

Baxılıb:48
Fransa səfiri Azərbaycanla sərhədə gəldi – Süniklə bağlı bəyanat yaydı

Fransanın Ermənistanda fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinyi Azərbaycanla sərhədə – Sünik bölgəsinə səfər edərək, Fransa ilə Ermənistan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Səfir mikrobloqunda dərc etdiyi fotolar vasitəsilə Gorusda yerli sakinlərlə görüşdüyünü və Frankofoniya Mədəniyyət Mərkəzini ziyarət etdiyini bildirib.

O, Sünikdə fransız dilinə böyük sevginin olduğunu qeyd edib.

Səfir səfərinin dostluq və həmrəyliyə həsr olunduğunu qeyd edərək, Sünikin Ermənistan ərazisinin ayrılmaz hissəsi olduğunu vurğulayıb. O əlavə edib ki, rayon sakinləri təhdid və narahatlıq olmadan sülh şəraitində yaşamalıdırlar.


Abunəlik