FLiRT sərhədimizə çatdı: Daha yoluxucudur
Rusiyada koronavirusun FLiRT adlı yeni variantına yoluxma halları xeyli artıb.
“Rospotrebnadzor” xəbərdarlıq edir ki, COVID-19-un bu variantı böyük təhlükə yaratmır, lakin elm adamları artıq yayda hadisələrin mümkün artımından danışırlar.
FLiRT simptomları omikron simptomlarına bənzəyir: təsirlənənlər qızdırma, öskürək, zəiflik, dad və ya qoxu itkisi, boğazda, əzələlərdə və ya başda ağrı hiss edirlər.
Yeni koronavirus variantı əvvəlkilərdən daha yoluxucudur
Şöbə aydınlaşdırıb ki, dominant ştamm omikron olaraq qalır. Yazın əvvəlində ABŞ -da artıq FliRT-nin iki yeni subvariantı kəşf edilmişdi – KP.2 və KP.1.1. Onlar çirkab su nümunələrində aşkar edilib.
Mayın 21-nə olan məlumata görə, Rusiyada koronavirusa yoluxma halları son bir həftə ərzində 14,7 faiz artıb. Ölkə üzrə xəstəxanaya yerləşdirilənlərin sayı da 34,6 faiz artıb.