Film kimi olay-Qızı idarə etdiyi avtomobildən düşürərək oğurladılar- FOTOLAR

Baxılıb:1010
Film kimi olay-Qızı idarə etdiyi avtomobildən düşürərək oğurladılar- FOTOLAR

AzTimes.az xəbər verir ki, film kimi hadisə Ağcabədi rayonunun Şeylanlı qəsəbəsi ərazisində baş verib. 7 mart 2022-ci il tarixdə saat 5-6 radələrində 1992-ci il təvəllüdlü Laçın rayonu Kalafalıq kənd sakini İbrahimova Tutu İdris qızı şəxsi avtomobili ilə işdən qayıdan zaman
Cabbarov Qeys Cabbar oğlu, bir qrup şəxslə avtomobilə hücum  ediblər. Zərbədən avtomobil idarəetməni itirərək yol kənarına çıxıb. Daha sonra həmin şəxslər Tutu İbrahimovanı məcbur öz gəldikləri avtomobilə mindirərək naməlum istiqamətdə hərəkət ediblər.
Tutu İbrahimovanın qardaşı Asif İbrahimovun verdiyi məlumata görə bacısını qaçıran Qeyd Cabbarovun ailəsi ilə onların ailəsi arasında düşmənçilik münasibəti var, illərdir ki, həmin ailə ilə heç bir əlaqələri yoxdur. O bacısının qisas məqsədi ilə qaçırılmasından və onun həyatı üçün təhlükə ola biləcəyindən narahatdır. Ailə hadisə ilə bağlı  Laçın Rayon Polis Şöbəsinə müraciət edib.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü bir qızın  qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Abunəlik