“Fənərbağça” “Qalatasaray”ın sabiq voleybolçusunu transfer etdi
“Fənərbağça”nın kişilərdən ibarət voleybol komandası heyətini yeni oyunçu ilə gücləndirib.
İstanbul təmsilçisi Türkiyə millisinin üzvü Adis Laqumdziyanı transfer edib.
26 yaşlı voleybolçu son olaraq İtaliyanın “Kuçine-Lube” komandasının formasını geyinib.
Qeyd edək ki, Adis Laqumdziya “Qalatasaray”da da çıxış edib.