“Fənərbağça” nə edir? – Bu ulduzlara da təklif göndərdi
PSJ-nin iki futbolçusu Türkiyə çempionatında çıxış edə bilər.
“Fənərbağça” Qonsalo Ramuş və Li Kan-İnlə bağlı sorğular aparıb. PSJ hər iki futbolçunu buraxmağa hazırdır, lakin əvvəlcə İstanbul klubu futbolçuları bu addımın düzgün olduğuna inandırmalı olacaq.
Bunda baş məşqçi Joze Mourinyonun böyük rolu ola bilər və hər iki oyunçunu portuqaliyalı agent Jorje Mendeş təmsil edir.
“Fənərbağça” Mourinyonun istəyi ilə Son Hın Minin alınması üzərində də çalışır. Koreyalının məşqçi Ange Postekoğlounun qovulmasından sonra komanda dəyişməyə qərar verdiyi və türklərin dərhal onun nümayəndələri ilə əlaqə saxladığı bildirilir. İstanbul nəhəngi ona hazırda Londonda aldığından iki dəfə çox (təxminən 12 milyon avro) ödəməyə hazırdırlar.