Sahil Tahirli Naxçıvan televiziyasından ayrıldı

Baxılıb:38
Sahil Tahirli Naxçıvan televiziyasından ayrıldı

AzTimes.az xəbər verir ki, bu barədə Tahirli şəxsi Facebook hesabında paylaşım edib:

“Əziz dostlar, dəyərli həmkarlar! Bu gün öz xahişim əsasında 13 ilə yaxındır rəhbərlik etdiyim Naxçıvan televiziyasından ayrıldım. Bu illər ərzində zəhmətkeş, çalışqan, vətənə, dövlətə sədaqətlə xidmət edən kollektivimizlə bir çox uğurlara imza atdıq, yüzlərlə gənc kadr yetişdirdik, kanalın peyk yayımına başlamasına nail olduq. Bundan sonra da harda çalışmağımdan asılı olmayaraq dövlətimizə, cəmiyyətimizə, mediamıza sədaqətlə xidmət edəcək, Möhtərəm Prezidentimizin sadiq əsgəri olmağın qürurunu yaşayacağam! Doğma kanalın hər bir üzvünə birgə addımladığımız çətin və kəşməkəşli yollardakı fədakarlıqlarına görə dərin təşəkkür edir, daha böyük uğurlar arzulayıram! Yaxşı ki, varsınız…”


Abunəlik