Evli qadınla görüşən gənc yandırıldı

Baxılıb:297
Evli qadınla görüşən gənc  yandırıldı
 AzTimes.az ölkə az-a istinadən  xəbər verir ki, Rusiyanın Samara şəhərində dəhşətli hadisə baş verib.
 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Əhmədov Elmir öz avtomobilində qətlə yetirilib. Gənci öldürdükdən sonra maşını ilə birlikdə yandırıblar.
Elmirin meyiti Poxvistnevsk rayonunun Matyan qəsəbəsi ərazisində yanmış “Qazel” markalı maşından tapılıb. Rusiya mətbuatının xəbərinə görə, azərbaycanlı gənc yaşadığı ərazidə evli bir qadınla intim münasibətdə olub. Qadının əri bundan xəbər tutub və cinayətə əl atıb. Elmiri öldürdükdən sonra isə izi itirmək üçün Əhmədovun avtomobili ilə rayon ərazisini tərk edib və meyitin üzərinə benzin tökərək yandırıb.
Hazırda araşdırma aparılır, cinayət işi başlanılıb.

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir