Evli kişilər daha çox yaşayır, yoxsa subaylar? – Alimlərdən ŞOK CAVAB

Baxılıb:190
Evli kişilər daha çox yaşayır, yoxsa subaylar? – Alimlərdən ŞOK CAVAB

Evli və universitet məzunu olan kişilərin daha uzun yaşama ehtimalı varmış.

Danimarka  alimlərinin fikrincə, kişilərin ömür uzunluğu qadınlara nisbətən az olsa da, onların qadınlardan daha uzun yaşamaq imkanları var.

“BMJ Open” jurnalında çıxan araşdırma yazıda bütün qitələrin 199 ölkəsində kişi və qadınların ömür uzunluğuna dair 1751-2020-ci illərdə toplanmış məlumatlar təhlil edilib. Araşdırma nəticəsində məlum olub ki, ötən əsrin 70-ci illərinə qədər inkişaf etmiş ölkələrdə kişilər qadınlara nisbətən az yaşayıb, sonrakı illərdə isə yaş artması tədricən artıb.

Siqaret və spirt istifadəsi kimi digər davranış fərqləri orta ömür müddətindəki dəyişikliklərin artması və azalmasına təsir edir.

1751-ci ildən bəri tədqiq edilən bütün populyasiyalarda kişilərin demək olar ki, bütün illərdə qadınlardan daha çox yaşama ehtimalının 25-50 faiz arasında olduğu müəyyənləşib.

Mütəxəssislər onu da qeyd ediblər ki, “Evli və ya ali təhsilli kişilər subay və ya orta məktəb diplomu olmayan qadınlara nisbətən daha uzun yaşayırlar”.

“Kişilərin qadınlara nisbətən gözlənilən ömür uzunluğu və ölüm nisbətləri hər yaşda yüksək olsa da, kişilərin də qadınlardan daha uzun yaşamaq imkanı var. Bu tapıntılar “qadınlar kişilərdən daha uzun yaşayır” fikrinə meydan oxuyur”.

sfera.az


Abunəlik