Evlərini təhvil ala bilməyən vətəndaşlar AAAF PARK-dan şikayətçidirlər – VİDEO

Baxılıb:230
Evlərini təhvil ala bilməyən vətəndaşlar AAAF PARK-dan şikayətçidirlər – VİDEO

2015-ci ildə tikintisinə başlanan və iki il ərzində təhvil veriləcəyi deyilən kompleksdən pul verib ev alan 3 000-ə yaxın ailə hələ də mənzilinə köçə bilmir. Səbəb isə vəd verilən vaxtdan bir neçə il keçməsinə baxmayaraq, hələ də binaların təhvil verilməməsidir. Görüntülər Xırdalanda inşa edilən 22 binadan ibarət AAAF PARK yaşayış kompleksindəndir.

ARB TV-nin efirində yayımlanan “Günə doğru” proqramında məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.

Binanın vaxtında tikilmədiyini görən vətəndaş vəziyyətdən çıxış yolunu pulunu geri istəməkdə görür. Bu zaman isə tikinti şirkətinin müəyyən şərtləri ilə üz-üzə qalır.

Ekspertlər belə halların qarşısını almaq üçün bu sahəyə dövlət nəzarətinin olmasını vacib hesab edir.

Yeri gəlmişkən, Türkiyədə bu sahə bələdiyyənin nəzarətindədir. Yəni vətəndaş binadan mənzil almaq istəyəndə, həmin MTK-dan əvvəl, ərazidəki bələdiyyəyə yaxınlaşır və tikinti şirkəti, eləcə də bina haqqında tam məlumat alır. Şimal qonşumuz Rusiyada isə tikinti şirkətləri bu işi banklarla müştərək aparır. Yəni alqı-satqı prosesi tikinti şirkətində yox, banklarda baş tutur. Bu da artıq vətəndaş üçün bir zəmanətdir ki, gələcəkdə hər hansı bir problemlə üzləşməsin.


Abunəlik