Evlənmək istəyirsən? – Müdafiə Nazirliyindən icazə al!

Baxılıb:183
Evlənmək istəyirsən? – Müdafiə Nazirliyindən icazə al!

Şri-Lankada dünyada bənzəri olmayan qanun qəbul edilib.

AZTIMES.az-ın xəbərinə görə, bu ölkənin vətəndaşı ilə evlənmək istəyən əcnəbilər sağlamlıq haqqında arayış təqdim etməli və xüsusi yoxlamadan keçməlidirlər.

Yoxlamanı Müdafiə Nazirliyi aparır. Rəsmi mənbələrin xəbərinə görə, bəzi əcnəbilər şri-lankalılarla pis niyyətlə evlənirlər. Onlar ya narkotik ticarəti, ya da çirkli pulların yuyulması üçün bu ölkənin vətəndaşı ilə ailə qururlar. Qanunun məqsədi milli təhlükəsizliyi təmin etməkdir.


Abunəlik