Evini “Barbi” üslubunda təmir etdirmək üçün 170 min funt sterlinq xərclədi – FOTO
Braziliyalı xanım uşaqlıqdan “Barbi” gəlinciklərinin fanatı olduğu üçün evini çəhrayı rəngə boyayıb. O, təmir işlərinə təxminən 170 min funt sterlinq xərcləyib.
Məktəbdə “gəlincik” ləqəbi ilə tanınan Bruna Barbie uzun illərdir ki, çəhrayı ev arzusunda olub. Artıq onun yataq otağı, məişət texnikası, mətbəx əşyaları, vanna otağı, eləcə də paltarları, eynəkləri və ayaqqabıları çəhrayı rəngdədir.
Qadın bu pulu sosial şəbəkələrdə məşhurlaşaraq qazanıb. Onun “TikTok”da 18 milyondan çox izləyicisi var.