“Əskipara üçbucağı” Azərbaycana qaytarılır: Ermənilər “döyüşəcəyik” deyirlər

Baxılıb:38
“Əskipara üçbucağı” Azərbaycana qaytarılır: Ermənilər “döyüşəcəyik” deyirlər

“Tavuşda yeni birtərəfli güzəştlər gözlənilir. Bu dəfə sərhədin demarkasiyası prosesi çərçivəsində Kirants-Əskipara hissəsindən ərazilər Azərbaycana qaytarılacaq”. 

Bu barədə Ermənistan mətbuatı yazıb. “Kirantsdan olan Andranik Nazaryan bildirdi ki, söhbət “Əskipara üçbucağı” adlanan və son dərəcə mühüm strateji əhəmiyyətə malik ərazidən gedir. Bu ərazi Azərbaycana qaytarılandan sonra bir sıra ərazilər, o cümlədən qaz kəməri, yol onların nəzarətinə keçəcək”, – “Hraparak” yazıb.

Böyük ehtimalla, söhbət Azərbaycanın anklav olan kəndlərinin qaytarılmasından gedir. Amma ermənilər Azərbaycana məxsus olan kəndlərin qaytarılması ilə barışmırlar. Bildirilir ki, yerli ermənilər sakit dayanmaq fikrində deyillər və döyüşməyi planlaşdırırlar.


Abunəlik