Əsəddən sonra Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlandı

Baxılıb:28
Əsəddən sonra Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlandı

Suriyada hakimiyyət dəyişikliyindən sonra 35 mindən çox suriyalı qaçqın Türkiyədən vətənlərinə qayıdıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

“Dekabrın 8-dən dekabrın 29-dək Türkiyədən Suriyaya 35 114 qaçqın qayıdıb. Əsasən Hələbə gündə təxminən 1,7 min insan qayıdıb”, – deyə o bildirib.

Türkiyədə təxminən 2,9 milyon suriyalı qaçqın var.


Abunəlik