Ermənistanın bu hissəsi su altında qaldı: ölən var
Ermənistanda Debed çayı daşaraq bir sıra fəsadlar törədib.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, daşqın nəticəsində Vanadzor-Alaverdi avtomobil yolunun bir hissəsi uçub. Ayrum stansiyası yaxınlığındakı küçədə bir sıra evləri su basıb. “Opel” markalı minik avtomobili çaya düşüb və 1 nəfər ölüb.
Alaverdidə evləri su basıb.