Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar AŞPA-nın payız sessiyasında müzakirə olunacaq

Baxılıb:169
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar AŞPA-nın payız sessiyasında müzakirə olunacaq

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayır.
Assambleyanın sessiyasında Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi son təxribatlar, Avropanın ərzaq təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropa üçün fəsadları ilə bağlı müzakirələr aparılacaq.

Assambleya həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın AŞPA qarşısında öhdəliklərini yerinə yetirməsini müzakirə edəcək.

Sessiya çərçivəsində oktyabrın 13-də Ukrayna Prezidenti Volodimir Zelenski videokonfrans vasitəsilə Assambleyanın deputatları qarşısında çıxış edəcək.

Bundan başqa, İrlandiya Prezidenti Maykl Hiqqinsin, İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassisin, Albaniyanın Baş naziri Edi Ramanın da çıxışları planlaşdırılıb.

Sessiya oktyabrın 14-də başa çatacaq.

Xatırladaq ki, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-da Fransanın Strasburq şəhərinə yola düşüblər.
report


Abunəlik