“Ermənistanın ərazilərimizi minalaması səbəbindən 397 nəfər həlak olub”
Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbindən 397 nəfər ya həlak olub, ya da yaralanıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilir ki, Azərbaycanda iki gün dalbadal baş verən mina partlayışları dinc sakinlərə dəyib.
“Yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və əhalinin öz evlərinə qayıtmasına mane olur”, – məlumatda qeyd olunub.