“Ermənistanı Rusiyadan qoruyacağıq” – Sejurne İrəvanda Moskvanı təhdid etdi

Baxılıb:48
“Ermənistanı Rusiyadan qoruyacağıq” – Sejurne İrəvanda Moskvanı təhdid etdi

“Fransa Ermənistanı Rusiyanın təziqindən qoruyacaq”.

Bu barədə İrəvanda səfərdə olan Fransanın xarici işlər naziri Stefan Sejurne erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

Sejurne qeyd edib ki, Rusiyanın “təhdidlərinə və düşmənçiliyinə baxmayaraq”, Ermənistanı dəstəkləyəcəklər.

“Fransada siyasi qüvvələr arasında ortaq razılığın olduğu mövzular azdır. Ermənistan azsaylı belə məsələlərdəndir ki, bütün qüvvələr ortaq mövqedən çıxış edir”, – fransalı nazir bildirib.


Abunəlik