Ermənistanda dörd məktəbdə Azərbaycan dili tədris edilir
Ermənistanda 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili, 4-ündə isə Azərbaycan dili tədris edilib.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlik onu da vurğulayıb ki, Azərbaycan və türk dilləri yalnız 10-12-ci sinif şagirdləri tərəfindən öyrənilir.
O da bildirilir ki, 2022-2023-cü tədris ilində 33 ümumi təhsil müəssisəsində regional dillərin tədrisi təşkil olunub, onlardan 13-də fars, 3-də gürcü, 12-də türk və 4-də Azərbaycan dili tədris olunmağa başlayıb. “Mxitar Heratsi” tədris kompleksində isə orta və ali məktəblərdə dörd dil də öyrənilir.
Daha 400 erməni məktəbi yaxın gələcəkdə regional dilləri (türk, Azərbaycan, gürcü və İran) öyrənmək istəklərini bildiriblər. Bununla belə, idarə konkret dil seçən məktəblərin sayı barədə məlumat verməyib.