Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu

Baxılıb:26
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu

İrəvanda dilin tam qrammatikasını özündə əks etdirən və yeni başlayanlar üçün nəzərdə tutulmuş yeni Azərbaycan dili dərsliyi nəşr olunub.

Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı xarakteri və erməni tərəfinin maraq dairəsi nəzərə alınaraq, dərslikdə əsasən hərbi, siyasi və diplomatik sahələrə aid lüğət və mətnlər yer alıb. Kitaba erməni-azərbaycanca və azərbaycanca-ermənicə lüğətlər də əlavə olunub.

Dərsliyin müəllifi əslən Ağdərədən olan Aşot Movsisyandır. İxtisasca şərqşünas və türkoloqdur. Kitabın redaktoru filologiya elmləri namizədi, dosent, şərqşünas Artyom Tonoyandır.


Abunəlik