Ermənistan üçün müharibənin nəticələri,nələr itirildi-SİYAHI

Baxılıb:389
Ermənistan üçün müharibənin nəticələri,nələr itirildi-SİYAHI

İndi keçək ermənilərin itirdiklərinə rəqəmlərlə nəzər salaq.

AzTimes.az sizə siyahını təqdim edir:

  • Ermənilərə görə Dağlıq Qarabağdakı 15 mis-qızıl mədənindən 14-ü Azərbaycanın nəzarətinə keçib.
  • Müharibəyə qədər rəsmi 148 min erməni əhali yaşayırdı, hazırda 30 mindən çoxu geri qayıdıb.
  • Ermənilərə görə müharibə nəticəsində əkin sahələrinin 70% və bağların 70%-ni itiriblər.
  • Azad olunan ərazilərdən savayı 181 yaşayış məntəqəsi (ermənilərin inzibati ərazi bölgüsünə görə) Azərbaycana təhvil verilib.
  • İddiaya görə təxminən 12.000 kv. km. ərazidən hazırda təxmini 3000 kv. km. ərazi erməni-rus nəzarətində qalıb.
  • Azərbaycan işğal altında olan ərazilərin 40%-ini döyüşsüz, 33%-ini isə döyüşərək azad edib.
  • Ermənilər isə işğalda olan ərazilərin 73%-ini itirib, 27% isə erməni-rus nəzarətində qalıb.
  • Ermənilər həm işğal etdikləri Dağlıq Qarabağ, həm də Ermənistandakı onlarla turizm mərkəzləri və səyahət məkanlarından məhrum ediliblər.
  • Həmçinin Ermənistanda yeni çəkdikləri Gorus-Qafan avtomobil magistral yolu və Qafan hava limanı da təhlükəsizliyə görə qapadılıb.

Abunəlik