Ermənistan Türkiyə ilə nəyi razılaşdırıb? – Simonyan açıqladı
Ermənistan parlamentinin sədri Alen Simonyan türkiyəli həmkarı Numan Kurtulmuşla Cənubi Qafqazda sülh prosesini müzakirə edib.
Simonyan bu barədə “X” sosial şəbəkəsində məlumat verib və görüşün məzmunlu olduğunu, ikitərəfli və regional məsələlərin geniş spektrinə toxunulduğunu qeyd edib.
O, Ermənistan hökumətinin “Dünyanın kəsişməsi” layihəsini də təqdim edib.
Simonyan yazıb: “Biz gələcək əlaqələri davam etdirməyə razılaşdıq”.